Azərbaycanın xarici işlər naziri sudanlı həmkarı ilə bölgədəki cari vəziyyəti müzakirə edib
Martın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Sudan Respublikasının xarici işlər naziri Əli Əl-Sadiq Əli ilə görüşüb