Azərbaycan və Qambiya XİN rəhbərləri görüşdülər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Mamadu Tanqara ilə görüşüb, onu post-münaqişə dövründə bölgədə mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.