İnsanların reproduktiv sağlamlığına təhlükələrin yaranması bu sahəyə dövlət qayğısının artırılmasını zəruri edir
Reproduktiv sağlamlığın qorunması haqqında model qanun layihəsi olduqca aktual bir sahəni ehtiva edir. Belə ki, nəsil artırmaq, sağlam uşaqlar dünyaya gətirmək, valideyn olmaq istəyi və ehtiyacı insanın şüurlu varlıq olaraq təbiətindən irəli gəlir, həyatının əsas qayəsini təşkil edir