“Azərsu” ASC-nin sədr müavini Göyçayda sakinləri qəbul edəcək
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov martın 17-də Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarından olan sakinləri qəbul edəcək.
“Azərsu”dan AZƏRTAC-a bildirilib ki, qəbul saat 10:00-dan başlayaraq şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək