Musiqili Teatrın sevilən aktrisası yubileyini səhnədə qeyd edib
0
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyasının budəfəki nümayişi teatrın tanınmış aktrisası, Prezident mükafatçısı Gülcahan Salamovanın 60 illik yubileyi münasibətilə təqdim olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova