Bənövşənin doyulmaz ətri, füsunkar gözəlliyi və tibbi faydası
0
Yazağzı təbiət qış yorğanını başından atmamış qar üstünə gümüşü işıq kimi səpələnən bənövşə topaları göz oxşayır. Baharın ilk muştuluqçu çiçəklərindən olan bənövşə rütubətli, lakin günəş dəyən yerləri xoşlayır, daha çox kol dibində bitir. Bənövşənin göy və bənövşəyi çiçəkli növlərindən başqa sarı, ağ, çəhrayı ləçəkli növləri də var