Azərbaycan Yüksək Liqasında yarımfinal cütlükləri müəyyənləşib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb.
AZƏRTAC xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan XII turda “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə üz-üzə gəlib. Görüşlərin hər ikisində nominal meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar