Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında üç qızıl medal qazanıblar
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, mübarizəyə dörddəbir finaldan qoşulan yunan-Roma güləşçimiz Elmir Əliyev (60 kq) türk Mert İlbarsla gərgin keçən görüşdə əzmkar qələbə qazanıb. Həmyerlimiz yarımfinalda gürcüstanlı Dimitre Xaçidzeni üstələyib