MDU-da doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı
Martın 15-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı keçirilib. Elm Gününə həsr olunan seminar Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb