Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ – XƏRİTƏ
Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.