Azərbaycanın turizm imkanları Vyanada beynəlxalq turizm yarmarkasında təqdim olunur
Martın 16-da Vyanada koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra beynəlxalq tətil yarmarkası - “Ferien-Messe Wien“ yenidən qapılarını səyahətsevərlər üçün açıb.
AZƏRTAC xəbər verir ki, sayca 44-cü dəfə keçirilən Avstriyanın ən böyük yarmarkasında Azərbaycan da öz turizm guşəsi ilə təmsil olunur