Azərbaycanlı skripkaçı “Florida Keys” müsabiqəsinin qala-konsertində çıxış edib
Nyu-York şəhərindəki məşhur “Carnegie Hall” mədəniyyət mərkəzinin “Weill” konsert salonunda keçirilən VIII “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin qala-konsertində Çexiyada təhsil alan istedadlı gənc skripkaçı Canel Nəcəfli də iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 20 yaşlı həmyerlimiz çıxışında bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin