UNEC-də Novruz bayramı böyük coşqu ilə qeyd olunub
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Novruz bayramı münasibətilə şənlik keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, şənlikdə prorektor Şaiq Əsgərov çıxış edərək bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə universitet rəhbərliyi adından müəllim, tələbə və əməkdaşları təbrik edib