Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
0
Martın 17-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda diplomat Anar Rzayev (Anaroğlu) ilk fərdi rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərgidə nümayiş olunan rəsmlərin yüksək səviyyədə olduğunu bildirib.