Səfirlik əməkdaşları Türkiyədə müalicə alan hərbçilərimizi ziyarət etdilər
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Səfirlik nəzdində Hərbi Attaşelik Aparatının əməkdaşları İkitərəfli razılaşmalara əsasən, Türkiyədə müalicə alan müharibə iştirakçılarını, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını və onların ailə üzvlərini Novruz bayramı münasibətilə ziyarət edib.