Azərbaycan millisi Albaniya yığmasına məğlub olub
0
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb