Premyer Liqa: “Səbail” klubu “Sabah”a, “Neftçi” isə “Sumqayıt”a qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində daha iki oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı “ASCO Arena”da “Səbail” və “Sabah” komandaları arasında oynanılıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Sabah” autsayderə 1:2 hesabı ilə məğlub olub