“Indycar”: Qrojan və Erikson Lonq-Biçdə podiumdadırlar
Formula 1 çempionatının veteranları öz ustalıqlarını yenidən nümayiş etdiriblər: Roman Qrojan və Markus Erikson Lonq-Biçdəki çətin küçə trasında bolidi nöqsansız idarə edib, “Indycar” mövsümünün üçüncü mərhələsini əla başa vuraraq podiuma qalxıblar