Birinci rübdə dövlət büdcəsinin gəlirləri 8,2 milyard manat, xərcləri 6,5 milyard manat olub
0
Cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 8290,0 milyon manat, xərcləri 6566,9 milyon manat olub. 1723,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343,0 milyon manat və ya 24,9 faiz çoxdur