136-cı gün: Təbii sərvətlərimizin qanunsuz istismarına qarşı keçirilən dinc aksiya davam edir
Azərbaycanlı ekofəalların və könüllü gənclərin Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 136 gündür davam edir.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları hər gün olduğu kimi, bu səhər də Dövlət Himnini səsləndiriblər