Azarkeşlərin istəyi ilə Formula 1 Azərbaycan Qran-Prisinə konsertlər üçün yeni biletlər satışa çıxarılıb
Bilet satışı üzrə rekordları qırmış 2023 Formula 1 Azərbaycan Qran-Prisinə azarkeşlərin böyük marağı nəticəsində bütün tribuna biletləri tamamilə satılıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib