İran ərazisində baş verən zəlzələ Naxçıvanda hiss olunub
Yerli vaxtla saat 20:17-də Heydərabad stansiyasından 30 kilometr cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosundan AZƏRTAC-a bildiriblər ki, yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasının Heydərabad, Sədərək və Şahbuz rayonlarında 3 bala qədər hiss olunub