Xalqımız Müstəqillik Gününü qalib xalq kimi qarşılayır, böyük qürur hissi ilə qeyd edir
Azərbaycan xalqı üçüncü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır, xüsusi əhvali-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd edir. Artıq üç ildir ki, müstəqilliyimizin simvollarından olan üçrəngli bayrağımız erməni işğalından azad edilən torpaqlarımızda qürurla dalğalanır