Dolu yağdı, çaya sel gəldi – FAKTİKİ HAVA
İyunun 6-sı saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Ceyrançöl, Qəbələ, Qax, Şamaxı, Qobustan, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qrız, İsmayıllı, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.