Milli Parkda kaktusların kəsilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub
Dənizkənarı Bulvar İdarəsi Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər barədə məlumatlıdır. Olay barədə məlumat daxil olandan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Aparılan araşdırmadan sonra qanuna uyğun tədbirlərin görülməsi üçün müvafiq addımlar atılacaq