Ölkənin kredit reytinqi: Nazirlik agentliyi “xəsislik”də ittiham etdi
“Standard and Poor’s” beynəlxalq kredit reytinq agentliyi Azərbaycan üzrə nəşr etdiyi hesabatda (9 iyun 2023-cü il) ölkənin kredit reytinqinin müəyyən edilməsi zamanı bir sıra müsbət nailiyyətlərin əldə olunduğunu qeyd edib. Bu nailiyyətlərdən biri kimi neft hasilatının qismən azalmasına baxmayaraq, növbəti illər ərzində neft-qaz qiymətlərinin Azərbaycanın fiskal və tədiyyə balansının müsbət səviyyəsini dəstəkləyəcəyi göstərilir.