“Zəngəzur dəhlizi bütün regionun inkişafını şərtləndirən əsas amillərdən biridir”
Bu gün Azərbaycanın əsas geostrateji hədəflərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. 44 günlük Vətən müharibəsində qələbədən sonra siyasi gündəmə gətirilən Zəngəzur dəhlizi məsələsi bundan sonra bütün regionun inkişafını şərtləndirən əsas amillərdən biridir. Bu, tək Azərbaycan üçün, Türkiyə üçün deyil, elə Ermənistanın özü üçün də sərfəli yoldur. Lakin bəzi qüvvələr, xüsusilə İran bu məsələnin həllində maraqlı deyil. Lakin Azərbaycan Prezidenti bu məsələdə qətiyyətlidir. Bu yaxınlarda verdiyi açıqlamada da bildirdi ki, dəhlizin açılması qaçılmazdır və bölgənin bütün ölkələri üçün lazımdır.