XİN rəhbərləri Brüsseldə toplaşır – Azərbaycan müzakirə ediləcək
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə Ukraynaya hərbi yardım və təhlükəsizlik təminatları, Türkiyə və Çin ilə münasibətlər kimi məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını da müzakirə edəcəklər.