Son yüz ilin ən soyuq qışı GƏLİR – XƏBƏRDARLIQ
Qış aylarının sərt keçəcəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində adiyyəti üzrə müvafiq müşavirələr keçirilib. Paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.