AMEA: “Bu sözlər dilimizdən çıxarılmalıdır” – SİYAHI
Dilimizdə mövcud olan "müəllimə", "rəqqasə", "xadimə", "katibə", "aktrisa", "şairə" və s. bu kimi cins kateqoriyalı sözlər var. Azərbaycan dilində cins bölgüsü (sözün qadın və ya kişiyə aid olunduğunu ehtiva edən) yoxdur deyə, bu sözlərin istifadəsi məsələsi aktual olaraq qalır. Bəziləri "müəllimə", "rəqqasə", "xadimə", "katibə", "aktrisa", "şairə" və s. bu kimi cins kateqoriyalı sözlərin yerinə müvafiq olaraq "müəllim", "rəqqas", "xadim", "katib", "aktyor", "şair" və s. sözlərdən istifadəni uyğun sayırlar. Onlar hesab edir ki, avtomobil idarə edən şəxsi qadın və ya kişi olmasından asılı olmayaraq, necə "sürücü" adlandırırıqsa, dərs deyəni də qadın və ya kişi olmasından asılı olmayaraq "müəllim", rəqs edən şəxsi qadın və ya kişi olmasından asılı olmayaraq "rəqqas" adlandırmalıyıq.