Добавить новость
103news.com
World News in Azerbaijani
Июнь
2024
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29
30

Avro-2024-ə doğru: “ölüm qrupu”

0

Almaniyanın ev sahibliyi edəcəyi Avropa çempionatına dörd gün vaxt qalıb. Artıq komandalar yekun heyətlərini açıqlayıb, turnirin hazırlıqlarına başlayıblar. Ötən yazımızda A qrupunun iştirakçılarından bəhs etmişdik. İndi B qrupunda yer alan komandalar və onların tarixi, Avropa çempionatlarındakı çıxışlarından diqqətçəkən məqamları təqdim edəcəyik.

B qrupunun iştirakçıları: İspaniya, Xorvatiya, İtaliya, Albaniya.

İspaniya – FIFA reytinqi 8

Son illərdə yenilənmə dövrünü keçirən İspaniya yığmasının heyətini gənclər təşkil edir. “Buğalar”da karyerasında ilk dəfə Avropa çempionatı həyacanı yaşayacaq adlar az deyil. Bu baxımdan enerjili və istəkli kollektiv favoritlərdən sayılmasa da, sürprizə yaxın komandadır. İspanlara Luis de la Fuenta rəhbərlik edir. 62 yaşlı mütəxəssis ötən ilin yayından komandaya rəhbərlik edir və millidə demək olar, ilk ciddi sınağı məhz bu turnir olacaq.

İspaniya ümumiyyətlə, 12-ci dəfə Avropa çempionatında iştirak edəcək. Komanda buna qədər üç dəfə qızıl medalları qazanıb. “Buğalar” 1964, 2008, 2012-ci illərdə çempionluq yaşayıb. Komandanın sonuncu ən yaxşı göstəricisi 2020-ci ildə üçüncü yeri tutmaq olub. İspanlar ötən il UEFA Millətlər Liqasında da çempionluq yaşayıb. Buna baxmayaraq, turnir Avropa və dünya çempionatının kölgəsində qalır.

İspaniya millisinin heyətinin dəyəri 965 milyon avrodur. De la Fuentanın komandasında Rodri, Lamin Yamal, Pedri, Dani Olmo, Alexandro Qrimaldo kimi keyfiyyətli oyunçular var.

İspanları bu dəfə daha çətin sınaq gözləyir. Qrupda İtaliya və Xorvatiya kimi güclü rəqiblər var və “ölüm qrupu”nda favorit yoxdur. Xorvatlar bir az geri hesab edilsə də, son illərdə əldə etdikləri nəticələrlə hər turnirə maraq qatmağı bacarıblar.

Heyət:

Qapıçılar: Unay Simon (“Atletik”), David Raya (“Arsenal”), Aleks Remiro (“Real Sosyedad”).

Müdafiəçilər: Dani Karvahal (“Real”), Xesus Navas (“Sevilya”), Emerik Laport (“Əl-Nəsr”), Robin Le Norman (“Real Sosyedad”), Dani Vivian (“Atletik”), Alexandro Qrimaldo (“Bayer 04”), Naço Fernandes (“Real”), Mark Kukurelya (“Çelsi”).

Yarımmüdafiəçilər: Rodriqo Ernandes (“Mançester Siti”), Martin Subimendi, Mikel Merino (“Real Sosyedad”), Fabian Ruis (PSJ), Aleks Baena (“Vilyarreal”), Pedri (“Barselona”), Fermin Lopes (“Barselona”).

Hücumçular: Lamin Yamal (“Barselona”), Niko Uilyams (“Atletik”), Dani Olmo (“Leyptsiq”), Mikel Oyarsabal (“Real Sosyedad”), Xoselu (“Real”), Alvaro Morata (“Atletiko”), Ferran Torres (“Barselona”), Ayose Peres (“Betis”).

İtaliya – FIFA reytinqi 9

Son Avropa çempionları titulunu qorumaq arzusundadır. 2020-ci ildə Roberto Mançininin rəhbərliyi altında yarışın qızıl medallarını qazanan “azzuri” bu dəfə favoritlər arasında deyil. İspanlar kimi onlar da yenilənmə dövründən keçir. Baş məşqçi Luçano Spalettinin komandasından gözləntilər böyük deyil. İtaliya yığması 11-ci dəfə Avropa çempionatında iştirak edəcək. Komanda buna qədər iki dəfə çempion olub, iki dəfə gümüş medalları qazanıb. Gümüş medalın sonuncusu isə 2012-ci ildə İspaniya ilə final matçında məğlub olmaqla əldə edilib. Tarixin ironiyası… indi ispanlar və italyanlar qrupdan çıxmaq mübarizəsi aparacaq.

İtaliya millisinin heyətinin dəyəri 705 milyon avrodur. Komandada Nikolo Barella, Alessandro Bastoni, Federiko Dimarko, Federiko Kyeza kimi keyfiyyətli oyunçular var. İtaliya yığması son illərdə əvvəlki gücündə olmasa da, turnirin gizli favoritlərindən hesab edilə bilər.

Heyət:

Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret (“Napoli”), Qulelmo Vikario (“Tottenhem”).

Müdafiəçilər: Alessandro Bastoni (“İnter”), Raul Bellanova, Alessandro Buonjorno (“Torino”), Rikkardo Kalafiori (“Bolonya”), Andrea Kambiasso (“Yuventus”), Matteo Darmian (“İnter”), Covanni Di Lorenzo (“Napoli”), Federiko Dimarko (“İnter”), Canluka Mançini (“Roma”), Federiko Qatti (“Frozinone”).

Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”), Brayan Kristante (“Roma”), Nikolo Faqioli (“Yuventus”), Maykl Folorunşo (“Verona”), Davide Frattesi (“İnter”), Jorjinyo (“Arsenal”), Lorenzo Pelleqrini (“Roma”).

Hücumçular: Federiko Kyeza (“Yuventus”), Stefan El Şeravi (“Roma”), Cakomo Raspadori (“Napoli”), Mateo Reteqi (“Cenoa”), Canluka Skamakka (“Atalanta”), Mattia Zakkani (“Latsio”).

Xorvatiya – FIFA reytinqi 10

Qrupda gücünə görə ən yaxşı üçüncü komanda xorvatlardır.  Komandanın buna qədər Avropa çempionatında ciddi uğuru olmayıb. Xorvatiya seçməsi sonuncu dəfə 2018-ci ildə dünya çempionatında final oynayaraq sürprizə imza atıb. Həlledici görüşdə Fransaya uduzan komanda gümüş medalları qazanıb. Bu, ölkə futbol tarixinin ən böyük uğurudur.

Xorvatiya seçməsinə Zlatko Daliç rəhbərlik edir. Mütəxəssis uzun müddətdir komandanın sükanı arxasındadır. Heyətin dəyəri 327 milyon avrodur. Komandada Yoşko Qvardiol, Mateo Kovaçiç, Yosip Stanişiç kimi son dönəmlərin parlayan oyunçuları var.

Xorvatiyanın Avropa çempionatlarında ən yaxşı nəticəsi 2008-ci ildə olub. Komanda İsveçrənin ev sahibliyi etdiyi turnirdə beşinci olub.

Heyət:

Qapıçılar: Dominik Livakoviç (“Fənərbağça”, Türkiyə), İvitsa İvuşiç (“Pafos”, Yunanıstan), Nedilko Labroviç (“Riyeka”, Xorvatiya)

Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Yosip Yuranoviç (“Union”, Almaniya), Yosko Qvardiol (“Mançester Siti”, İngiltərə), Borna Sosa (“Ayaks”, Niderland), Yosip Stanişiç (“Bayer 04”, Almaniya), Yosip Sutalo (“Ayaks”, Niderland), Martin Erlik (“Sassuolo”, İtaliya), Marin Ponqarçiç (“Leççe”, İtaliya)

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, İspaniya), Mateo Kovaçiç (“Mançester Siti”, İngiltərə), Marselo Brozoviç (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Mario Pasaliç (“Atalanta”, İtaliya), Nikolo Vlaşiç (“Torino”, İtaliya), Lovro Mayer (“Volfsburq”, Almaniya), Luka İvanuşeç (“Feyenoord”, Niderland), Luka Suçiç (“Zaltsburq”, Avstriya), Martin Baturina (“Dinamo”, Xorvatiya).

Hücumçular: İvan Perişiç (“Hayduk”, Xorvatiya), Andrey Kramariç (“Hoffenhaym”, Almaniya), Ante Budimir (“Osasuna”, İspaniya), Mario Pasaliç (“Atalanta”, İtaliya).

Albaniya – FIFA reytinqi 66

Qrupun ən “zəif bəndi” albanlardır. Tarixində ikinci dəfə Avropa çempionatında mübarizə aparacaq komanda “ölüm qrupu”na düşüb. İspaniya, İtaliya və Xorvatiya kimi nəhəng kollektivlərin arasında qərarlaşan Albaniya yığması bəlkə də, qrupun taleyini həll edəcək. Digər komandaların “zəif bənd” kimi baxdığı albanlarla oyunlarda xal itirən kollektivlər pley-off yolunda zərbə ala bilərlər.

Albaniya millisinə Silvinyo başçılıq edir. Mütəxəssis 2023-cü ilin yanvarından komandanın sükanı arxasındadır. Albaniya yığması Avropa çempionatına hazırlıq çərçivəsində bir neçə gün əvvəl Azərbaycanla yoldaşlıq oyununda üz-üzə gəlmiş və qələbə qazanmışdı. Buna baxmayaraq, komandanın oyun baxımından ciddi gücü olduğunu demək olmaz. Daha çox əks-hücumlara bel bağlayan albanların Avro-2024-dəki çıxışı maraqla qarşılanır.

Heyətin dəyəri 111 milyon avrodur. Komandada Armanda Broxa, Kristian Asllani, Ernest Muçi, Rey Manay kimi təhlükəli oyunçular var.

Heyət:

Qapıçılar: Etrit Berişa (“Empoli”, İtaliya), Elhan Kastrati (“Çittadella”, İtaliya), Tomaş Strakoşa (“Brentford”, İngiltərə)

Müdafiəçilər: Arlind Ayeti (ÇFR, Rumıniya), Naser Aliyi (“Voluntari”, Rumıniya), İvan Balliu (“Valyekano”, İspaniya), Berat Cimsiti (“Atalanta”, İtaliya), Elseid Hüsay (“Latsio”, İtaliya), Ardian İsmayli (“Empoli”, İtaliya), Maraş Kumbulla (“Sassuolo”, İtaliya), Enea Mihay (“Famalikan”, Portuqaliya), Mario Mitay (“Lokomotiv”, Rusiya)

Yarımmüdafiəçilər: Amir Abraşo (“Qrasshoppers”, İsveçrə), Kristian Asllani (“İnter”, İtaliya), Nedim Bayrami (“Sassuolo”, İtaliya), Klaus Qyasula (“Darmştadt”, Almaniya), Qazim Laçi (“Sparta”, Çexiya), Ylber Ramadani (“Leççe”, İtaliya), Taulant Seferi (“Baniyas”, BƏƏ)

Hücumçular: Yasir Asani (“Qvanqvu”, Cənubi Koreya), Medon Berişa (“Leççe”, İtaliya), Armando Broxa (“Fulhem”, İngiltərə), Mirlind Daku (“Rubin”, Rusiya), Arbör Qoca (“Dinamo”, Xorvatiya), Rey Manay (“Sivasspor”, Türkiyə), Ernest Muçi (“Beşiktaş”, Türkiyə).

B qrupunun təqvimi:

15 iyun: İspaniya – Xorvatiya, İtaliya – Albaniya
20 iyun: Xorvatiya – Albaniya, İspaniya – İtaliya
24 iyun: Albaniya – İspaniya, Xorvatiya – İtaliya.

Şahin Cəfərov

 





Губернаторы России
Москва

Мэр Москвы Собянин поздравил столичных выпускников с окончанием школы





Москва

В Воскресенске росгвардейцы задержали гражданку, находящуюся в федеральном розыске


Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media
Москва

Сергей Собянин. Главное за день



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Мари Краймбрери

От Uma2rman до Мари Краймбрери: Velvet Music отметили 20-летие




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

Медальный зачет Игр «Дети Азии» 28 июня: по-прежнему впереди Узбекистан

КОМПАНИЯ LG НАЗВАНА ОФИЦИАЛЬНЫМ ПАРТНЕРОМ ЧЕМПИОНАТА МИРА ПО КИБЕРСПОРТУ 2024 ГОДА В САУДОВСКОЙ АРАВИИ

Деликатес в чаше: всего по чуть-чуть


WTA

WTA удивила решением по Елене Рыбакиной перед стартом Уимблдона



Новости Крыма на Sevpoisk.ru


Москва

"Интеррос", "Атомайз", Эрмитаж и Т-Банк готовят второй этап проекта «Цифровое искусство»



Частные объявления в Вашем городе, в Вашем регионе и в России