Добавить новость
103news.com
Все новости
Ноябрь
2025

“Coursera” platformasında “Milli Proqram”ın interfeysi Azərbaycan dilində istifadəyə verilib

0

“Coursera” onlayn təhsil platformasında “4Sİ Akademiyası” çərçivəsində təqdim olunan “Milli Proqram”ın interfeysi artıq Azərbaycan dilində istifadəyə verilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) dəstəyi ilə həyata keçirilən bu təşəbbüs platformadan istifadə edən vətəndaşlar üçün öyrənmə prosesini daha da rahat və səmərəli etmək məqsədi daşıyır. İnterfeysin Azərbaycan dilində olması vətəndaşların qlobal biliklərə çıxışını asanlaşdırararq təhsil imkanlarını genişləndirəcəkdir.

Qeyd edək ki, daha əvvəl “Milli Proqram” çərçivəsində platformada təqdim olunan 2500-dən çox təlim ana dilimizə altyazı ilə tərcümə edilmiş, ən çox tələbat olan 15 təlim isə “deep fake” texnologiyası vasitəsilə dublyaj olunmuşdu (kursların siyahısı — https://bit.ly/4ogG5Mw).

4SİM və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində bu ilin aprel ayından etibarən 45 minə yaxın vətəndaş platformada təqdim olunan təlimlərdən ödənişsiz yararlanaraq, 71 mindən çox təlimi uğurla başa vurub.

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

“Coursera” platformasında Oksford, Kembric, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce”, “Siemens” kimi dünyanın 375-dən çox ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 13 mindən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

Proqram SOCAR, Paşa Holdinq, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

The post “Coursera” platformasında “Milli Proqram”ın interfeysi Azərbaycan dilində istifadəyə verilib appeared first on InfoCity.







Губернаторы России





Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media


103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости




Спорт в России и мире



Новости Крыма на Sevpoisk.ru




Частные объявления в Вашем городе, в Вашем регионе и в России