Bu gündən avtomobillərin COP29 zolaqlarından istifadəsinə dair qadağa qüvvəyə minir
Bu gündən avtomobillərin Bakının bir sıra küçələrində təşkil edilmiş COP29 zolaqlarından istifadəsinə dair qadağa qüvvəyə minir. Day.Az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bununla bağlı oktyabrın 15-də verdiyi icazənin müddəti bu gün başa çatır.