ADPU-da ikili diplom proqramı çərçivəsində Yay İnstitutu fəaliyyətə başlayıb
0
2023/2024-cü tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbi arasında beynəlxalq ikili diplom proqramı üzrə magistratura səviyyəsinə dövlət sifarişi əsasında Menecment (təhsilin təşkili və idarə olunması) ixtisası üzrə tələbə qəbulu həyata keçirilib