Azərbaycan üzgüçüsü dünya çempionatında növbəti medalını qazanıb
0
Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti medalını qazanıb.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, üçqat paralimpiya çempionu 100 metr məsafəyə “butterfly” üsulu ilə üzmə növündə 58.73 saniyə nəticə göstərərək üçüncü yeri tutub