Ronaldo`nu əsəbi görmək mənə həzz verdi
Verona`nın yarımmüdafiəçisi portuqaliyalı Veloso bu mövsüm Juventus`a qalib gəldikləri oyun haqqında maraqlı açıqlamalar verib.
Fevralın əvvəlində baş tutan qarşılaşmada Miguel Veloso`nun kapitanı olduğu Verona öz meydanında Ronaldo`lu Juventus`unu 2-1 hesabı ilə məğlub etmişdi.
Görüşdə hesabı Ronaldo`nun açmasına baxmayaraq, Verona Borini və Pazzini`nin qolları ilə görüşün axarını öz xeyirinə dəyişməyi bacarmışdı.
Miguel Veloso ötən gün şəxsi Instagram hesabından etdiyi paylaşımda həmyerlisi Ronaldo`ya da göndərmə etmiş olub.
ONBİR onun sözlərini sizə təqdim edir:
“Ronaldo`nu məğlub etmək necə bir hissdir ? Çox gözəl, mən onu şəxsən tanıyıram və bilirəm ki, məğlub olmağı heç sevmir.
Onu əsəbi görmək mənim üçün çox xoş idi. Hətta oyundan sonra biz danışarkən belə onun əsəbi soyumamışdı.”