Kompensasiyalar mayın 28-dək verilməlidir
Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası mayın sonunadək təmin ediləcək. Söhbət ilk növbədə, xarici valyutada olan kreditlərdən gedir. AZƏRTAC-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov bu gün, mayın 21-də jurnalistlərə müsahibəsində deyib. Nazir qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının sifarişləri əsasında lazım olan məbləğ müvafiq bank hesablarına köçürülüb. Читать дальше...
