BakuBus-da gediş haqqı 45 qəpik ola bilərmi?
30 yaşlı Ülvi hər gün evdən çıxıb, dayanacağa gəlir, telefonuna yüklədiyi proqramla minəcəyi avtobusun yaxınlıqda olub olmadığını yoxlayır, gözlədiyi marşrut gələndə ön qapıdan keçib, rahat yoluna davam edir. Dediyinə görə, indiyə kimi bir neçə ölkədə ictimai nəqliyyatdan istifadə edib, BakuBus rahatlığına, qayda-qanuna görə Avropadakı avtobuslara yaxın xidmət göstərir. Bircə fərqlə - marşrutun hansı saatlarda hansı dayanacaqdan keçəcəyi əvvəlcədən bəlli olmur – nəqliyyat qrafiki heç cür işə düşmür ki, düşmür. Читать дальше...