İran şahının oğlu deyir ki, Tehran hökumətinin çökməsinə az qalıb
İranın son şahı Mohammad Reza Pahlavinin oğlu deyib ki, İran cəmiyyəti 1979-cu il İslam İnqilabı ərəfəsində olduğu kimi indi də “qığılcım nöqtəsinə” yaxındır və Tehran hökumətinin çökməsinə az qalır. Sürgündə yaşayan vəliəhd Reza Pahlavi AzadlıqRadiosunun Fərda redaksiyasına müsahibəsində deyib ki, “biz həqiqətən də İran rejiminin süqutuna yaxınlaşmışıq”. O əlavə edib ki, hazırda İrandakı vəziyyət 1979-cu ildəkinə bənzərdir. Həmin il İranda baş verən təlatümlü etirazlar nəticəsində şah ölkəni tərk edərək sürgünə getməyə məcbur olmuşdu. Читать дальше...