Azərbaycanla Pakistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Pəncab əyaləti Assambleyasının sədri Çaudiri Parvez Elahi ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüş zamanı Pakistan ilə Azərbaycan arasındakı səmimi əlaqələrdən söhbət açılıb, iki ölkənin hər zaman bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəkləməsindən məmnunluq ifadə edilib