ABŞ və Cənubi Koreya gələn həftə yeni hərbi təlimlərə başlayacaq
ABŞ və Cənubi Koreya martın 20-də son beş ildə ilk dəfə dəniz desantının çıxarılması üzrə birgə təlimlərə başlamağı planlaşdırır. AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi bu barədə Koreya Respublikasının Hərbi Dəniz Qüvvələrinə və Dəniz Piyadaları Korpusuna istinadla məlumat yayıb