"Bayer"in futbolçusu "Liverpul"a keçir
"Bayer" və Niderland millisinin yarımmüdafiəçisi Ceremi Frimponq karyerasını İngiltərədə davam etdirməyə yaxındır. Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, "Liverpul" Frimponq üçün hərəkətə keçib. Məlumata görə, onunla 5 illik müqavilə imzalanacaq. 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
