Bakıda restoranda yanğın oldu
Bakı şəhərinin Nərimanov rayonunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 130 m² olan ikimərtəbəli restoranın mətbəxində 1 ədəd fri aparatı və havalandırma qurğusu yanıb. Mətbəxin qalan hissəsi və restoran yanğından mühafizə olunub.
