Həm zülal, həm də liflə zəngin 5 qida:
Sağlam qidalanmada zülal və lif mühüm rol oynayır. Zülal əzələlərin və toxumaların inkişafı, bərpası üçün vacib olduğu halda, lif həzm sisteminin fəaliyyətini dəstəkləyir, qan şəkəri və xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir. Dietoloqların fikrincə, bəzi qidalar hər iki faydalı maddəni eyni vaxtda təmin edir.
